XƏBƏRLƏR / Hadisə

Rusiyada "Sukhoi Superjet-100" təyyarəsi qəzaya uğrayıb

İlkin məlumata görə təyyarədə üç ekipaj üzvü olub. Sərnişinlər olmayıb

Rusiyada "Sukhoi Superjet-100" təyyarəsi qəzaya uğrayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fövqəladə Hallar Nazirliyi Moskva vilayətində "Sukhoi Superjet 100" təyyarəsinin qəzaya uğradığını rəsmən təsdiqləyib.

    Qəzaya uğrayan təyyarənin sərnişinsiz uçuş həyata keçirdiyini Federal Hava Nəqliyyatı Agentliyi təsdiqləyib.

    İlkin məlumatlara görə, üç ekipaj üzvü həlak olub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət Apraksino kəndi yaxınlığında baş verib.