Rusiyadan Azərbaycana gələn qadından 112 min funt çıxdı
Bu barədə "RİA Niovosti" məlumat yayıb
Rusiyanın paytaxtı Moskva şəhərindəki Domodedovo hava limanında gömrükçülər Azərbaycana uçan qadın sərnişinin baqajından ümumi məbləği 112 min funt sterlinqdən çox olan nağd pul aşkar ediblər.
Bu barədə "RİA Niovosti" məlumat yayıb.
“Yaşıl” dəhlizdə qadın gömrükçülərə üzərində 8.5 min funt sterlinq və 7 min rubl olduğunu deyib.
Lakin onun baqajına baxış keçirilərkən məlum olub ki, bəyan edilməmiş valyutanın məbləği 14 milyon rubl ekvivalentini keçib.
Qadının ikili - Britaniya və Rusiya vətəndaşlığı var və indi o, 4 ilə qədər azadlıq məhdudiyyəti ilə üzləşib.