XƏBƏRLƏR / Neft və Qaz

Rusiyadan Ermənistana təbii qazın verilməsi bərpa edilib

Ermənistan KİV-i xəbər verir

Rusiyadan Ermənistana təbii qazın verilməsi bərpa edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistana təbii qazın verilişi bu gün günorta saatlarında bərpa edilib.

    Ermənistan KİV-i xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" məlumat yayıb.

    Qeyd edək ki, Ermənistana qazın verilməsi Gürcüstan ərazisində "Şimali Qafqaz - Cənubi Qafqaz" tranzit magistral qaz kəmərinin "Qazax - Saquramo" hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.