Rusiyanın Gümrüdəki bazasının hərbçisi özünü güllələyib
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi özünü güllələyib.
2002-ci il təvəllüdlü hərbi qulluqçu Aleksey K. başından aldığı güllə yarası ilə iyulun 10-da Gümrü tibb mərkəzinə yerləşdirilib.
Rusiyalı hərbçi əməliyyat olunub və koma vəziyyətində reanimasiyadadır. Onun vəziyyəti ağır qiymətləndirilir.