Rusiyanın Krasnoyarsk diyarında iki qatar toqquşub
Şərnişin qatarı kömürlə yüklənmiş yük qatarına çırpılıb
Krasnoyarsk diyarında iki qatar toqquşub - media.
Qəza Jaima və Mana stansiyaları arasında baş verib. Əvvəlcə kömürlə yüklənmiş yük qatarının 3 vaqonu relsdən çıxıb. Daha sonra sərnişin qatarı onlara çırpılıb.
Krasnoyarsk Dəmir Yolunda qatar qəzası yük qatarında avtomatik əyləcin işləməsi səbəbindən baş verə bilərdi - İstintaq komitəsinin mətbuat xidməti.
“İlkin məlumatlara görə, yük qatarının avtomatik əyləcləri işə düşüb, nəticədə kömürlə yüklənmiş üç vaqon relsdən çıxıb. Əks istiqamətdə hərəkət edən, Krasnoyarsk - Abakan reysiylə hərəkət edən sərnişin qatarı saxlaya bilməyib və aşmış vaqonla toqquşub”.