XƏBƏRLƏR / Hərbi

Rusiyanın Suriyadakı hərbi bazalarına Dəməşq nəzarət edəcək

Bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb

Rusiyanın Suriyadakı hərbi bazalarına Dəməşq nəzarət edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rəsmi Dəməşq və Moskva arasında Suriya ərazisindəki Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı qarşılıqlı anlaşma memorandumu imzalanıb.

    Bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    "Bir il yarımlıq danışıqlardan sonra Xmeymim və Tartusdakı Rusiya hərbi bazalarının gələcək taleyi nəhayət müəyyənləşib - tərəflər müvafiq memorandum imzalayıblar", - deyə məlumatda qeyd olunub.

    Suriyanın aidiyyəti qurumu sözügedən sənədin "Rusiya ilə Suriya arasında münasibətlərdə yeni səhifə açacağına" ümid etdiyini bildirib.

    Nazirlik dəqiqləşdirib ki, Rusiya hərbi bazaları hər iki tərəfin maraqlarına xidmət edəcək hərbçilərin birgə hazırlıq mərkəzlərinə çevriləcək.

    Suriya tərəfi həmçinin bildirib ki, bütün mülki obyektlər, o cümlədən Xmeymim aerodromu tədricən ərəb respublikasının mülki administrasiyasının nəzarətinə keçməlidir: "Memoranduma əsasən, bütün dəyişikliklər üç aydan çox çəkməməlidir".