XƏBƏRLƏR / Neft və Qaz

Rusiyanın "Urals" markalı xam neftinin 1 bareli 36 dollara!

Bu barədə "Bloomberg" məlumat yayıb

Rusiyanın "Urals" markalı xam neftinin 1 bareli 36 dollara!
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qara dənizdəki Novorossiysk limanında Rusiyanın "Urals" markalı xam neftinin qiyməti bir barel üçün 36 dollara düşdü. Bloomberg-in məlumatına görə, bu, 2023-cü ilin mart ayından bəri ən aşağı göstəricidir. Baltik limanlarında da oxşar tendensiya müşahidə olunub.

    "Urals" markalı neftin qiymətində endirimlər "Brent" markalı neftə qarşı 23,52 dollara yüksəlib ki, bu da 2023-cü ilin iyun ayından bəri ən yüksək göstəricidir.

    Tramp administrasiyasının ikinci dərəcəli sanksiyaları riski səbəbindən alıcılar alışları azaldır və qiymətlərə aşağı təzyiq göstərirlər.

    Qiymətlərin düşməsi Rusiya büdcəsinin təxminən dörddə birini təşkil edən neft və qaz gəlirlərini azaldır və bu da hərbi xərclərin maliyyələşdirilməsini çətinləşdirir.

    Qeyd edək ki, Rusiyanın 2025-ci il büdcəsində neftin bir barelinin qiyməti 70 dollar nəzərdə tutulub.