XƏBƏRLƏR / Hərbi

Ruslar Laçın SKM-dən yoxlamasız keçmək istəyiblər

RSK yük maşınları Ermənistandan Azərbaycana daxil olanda ümumi qaydada yoxlanıblar

Ruslar Laçın SKM-dən yoxlamasız keçmək istəyiblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Erməni mənbələri xəbər verirlər ki, Rusiya Sülhməramlı Kontingentinin (RSK) yük maşınları  Ermənistandan Azərbaycana daxil olarkən müşayiət sənədlərini təqdim etmədiklərinə görə Laçın Sərhəd-Keçid Məntəqəsində (SKM) saxlanılıblar.

    Yük maşınları və müşayiət sənədləri ümumi qaydada yoxlamadan keçiriləndən sonra Azərbaycan sərhədçiləri Xankəndi istiqamətində hərəkət edən sülhməramlıların yük maşınları karvanını ölkə ərazisinə buraxıblar.