XƏBƏRLƏR / Hərbi

Ruslar Qarabağda daha bir müşahidə məntəqələrini bağladılar

Bu dəfə RSK Əsgəran rayonundakı məntəqəsini ləğv edib

Ruslar Qarabağda daha bir müşahidə məntəqələrini bağladılar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Qarabağ bölgəsinin Əsgəran rayonunda Rusiya sülhməramlı kontinqentinin (RSK) daha bir müşahidə məntəqəsi bağlanıb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, oktyabrın 5-i və 6-da da Rusiya MN Qarabağda-Şuşa, Ağdərə və Əsgəran rayonlarında müşahidə postlarının bağlanması barədə məlumat yaymışdı.

    Bağlanan Rusiya keçid məntəqələrinin sayı artıq 7-dir.

    Ümumilikdə Qarabağda 23 RSK postu olub.