XƏBƏRLƏR / Hava

Sabah 20 dərəcə isti olacaq

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Sabah 20 dərəcə isti olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda və Abşeron yarımadasında noyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq.

    Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65% təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacaq.