XƏBƏRLƏR / Hava

Sabah 42 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabah 42 dərəcə isti olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti gözlənilir. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 41° olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, bəzi yerlərdə 42° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.