XƏBƏRLƏR / Hava

Sabah Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabah Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 24-28° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə və gündüz 60-70 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.

    Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 25-30° isti, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacağı bildirilir.