XƏBƏRLƏR / Hava

Sabah avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Sabah avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ölkə ərazisində martın 22-də qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Xatırladaq ki, martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, havanın temperaturunun ötən günlərlə müqayisədə 10-15 dərəcə enib.

    Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.