XƏBƏRLƏR / Hava

Sabah Azərbaycanda 42 dərəcə isti gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər

Sabah Azərbaycanda 42 dərəcə isti gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 8-də Bakıda və Abşeronda şimal-qərb küləyinə və qısamüddətli yağıntıya baxmayaraq, isti hava şəraiti davam edəcək. Havanın temperaturu gecə müsbət 23+28, gündüz müsbət 33+38 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.

    Azərbaycanın rayonlarında da əsasən yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

    Mərkəzi aran rayonlarında havanın temperaturu gecə müsbət 21+26, gündüz müsbət 35+40, bəzi yerlərdə müsbət 42 dərəcə olacaq. Dağlarda gecə müsbət 15+20, gündüz müsbət 24+29 dərəcə olacaq.