XƏBƏRLƏR / Hava

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanda aprelin 26-da gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 8-11, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-11 isti, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.