XƏBƏRLƏR / Hava

Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq

Aprelin 21-də gözlənilən hava proqnozu açıqlanıb

Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək.

    Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

    Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 7-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.