XƏBƏRLƏR / Hava

Sabah bəzi ərazilərdə yağış yağacaq, şimşək çaxacaq

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabah bəzi ərazilərdə yağış yağacaq, şimşək çaxacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 2-si səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 3-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.