XƏBƏRLƏR / Hava

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda iyulun 14-dən həftənin sonunadək bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, iyulun 14-dən həftənin sonunadək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı gözlənilir.

    Ayrı-ayrı yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.