Sabah çimərliklərdə dəniz suyunun hərarəti 28 dərəcə olacaq
Gün ərzində güclü şimal-qərb küləyi əsəcək
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyulun 27-si gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.
1 dəqiqədən az