XƏBƏRLƏR / Hava

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

Bakıda və Abşeron yarımadasında isə hava əsasən yağmursuz olacaq

Sabah dağlarda 10 dərəcə şaxta olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda və Abşeron yarımadasında dekabrın 5-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir.

    Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.