XƏBƏRLƏR / Hava

Sabah dəniz suyunun temperaturu 24 dərəcəyədək isti olacaq

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabah dəniz suyunun temperaturu 24 dərəcəyədək isti olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 19-da cənub-şərq küləyi əsəcək.

    Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 21-22, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıx 23-24 dərəcə isti olacaq.