XƏBƏRLƏR / Hava

Sabah hava əsasən yağmursuz keçəcək

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabah hava əsasən yağmursuz keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sentyabrın 26-da gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 18-21° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 18-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.