XƏBƏRLƏR / Hava

Sabah havanın temperaturu tədricən yüksələcək

Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib

Sabah havanın temperaturu tədricən yüksələcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hazırda Gəncə-Qazax bölgəsində fasilələrlə leysan xarakterli yağış yağır, Qarabağ və Şərqi-Zəngəzur, Lənkəran-Astara bölgələrinin bəzi yerlərində isə zəif yağıntılı hava şəraiti müşahidə olunur. Balakən-Şəki və Quba-Qusar bölgələrində yağıntıda fasilə yaranıb.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

    G. Məmmədova qeyd edib ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 29-u axşamadək davam edəcəyi, iyulun 30-da isə havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir:

    “Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək” - deyə, direktor əlavə edib.