XƏBƏRLƏR / Nəqliyyat

Sabah tezdən Süleyman Əhmədov küçəsinin bir hissəsi bağlanır

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib

Sabah tezdən Süleyman Əhmədov küçəsinin bir hissəsi bağlanır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 19-da saat 06:00-dan etibarən Bakı şəhərinin Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.