XƏBƏRLƏR / Hava

Sabah yağış yağacaq

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabah yağış yağacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sentyabrın 21-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 15-18, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 13-16, gündüz 16-20, dağlarda gecə 0-5, gündüz 5-8 dərəcə isti olacaq.