Sabahdan bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb
Azərbaycanın rayonlarında iyunun 30-u gündüzdən iyulun 1-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
1 dəqiqədən az