XƏBƏRLƏR / Hava

Sabahdan yağış intensivləşəcək

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Sabahdan yağış intensivləşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda və Abşeron yarımadasında iyunun 24-ü axşamdan 25-i səhərədək arabir yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

    Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.