XƏBƏRLƏR / Hava

Sabahın hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabahın hava proqnozu açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Əsasən gündüz saatlarında yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə +16 dərəcədən +19 dərəcəyədək, gündüz +20 dərəcədən +23 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 70-80 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
    Havanın temperaturu gecə +13 dərəcədən +17 dərəcəyədək, gündüz +17 dərəcədən +22 dərəcəyədək, dağlarda gecə +2 dərəcədən +7 dərəcəyədək, gündüz +7 dərəcədən +12 dərəcəyədək olacaq.