Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov rəhmətə gedib
O, 2012-ci ildə Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxmışdı
Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri, Azərbaycanın Özbəkistandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasov dünyasını dəyişib.
Namiq Abbasov 1940-cı ildə Naxçıvanda anadan olub.
1995-2004-cü illərdə Namiq Abbasov Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 2002-ci ildə ona general-polkovnik rütbəsi verilib.
2004-2012-ci illərdə - Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri.
Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.
Qeyd edək ki, eks-nazir keçən ilin sentyabrında insult keçirmişdi.