XƏBƏRLƏR / Kriminal

Sabunçuda əməliyyat: 10 kq-a yaxın marixuana aşkarlanıb

DİN xəbər verir

Sabunçuda əməliyyat: 10 kq-a yaxın marixuana aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32 yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb.

    Ondan 9 kiloqram 955 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

    Araşdırmalar davam etdirilir.