Şahramanyan Ermənistan parlamentindədir
O, 44 günlük müharibə ilə bağlı araşdırma üzrə parlament komissiyasının iclasındadır
Qarabağdakı özünü buraxmış separatçı qurumun "prezident"i olmuş Samvel Şahramanyan hazırda Ermənistan parlamentindədir.
Bu barədə "Armlur" məlumat yayıb.
O, 44 günlük müharibə ilə bağlı araşdırma üzrə parlament komissiyasının iclasındadır. Görüş qapalı formatda keçirilir.
Qeyd edək ki, Şahramanyanın bu gün dindiriləcəyi öncədən elan olunmuşdu.