XƏBƏRLƏR / Seçki

Türkiyədə seçkilər ikinci tura qaldı

Bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) rəhbəri Ahmet Yener məlumat verib

Türkiyədə seçkilər ikinci tura qaldı
Ahmet Yener
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə prezident seçkiləri ikinci tura qalıb. "TRT Haber" xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) rəhbəri Ahmet Yener məlumat verib.

    Onun sözlərinə görə, heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün yekun nəticələr 28 mayda baş tutacaq ikinci turda bəlli olacaq.

    Qeyd edək ki, dünən Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib.

    Türkiyədə dünən keçirilən prezident və parlament seçkilərində 6 milyona yaxın gənc ilk dəfə səs verib. İstanbulda 1 milyona yaxın gənc ilk dəfə səsverməyə gedib.

    Prezident seçkilərinin ikinci turunda daha 50 min yeni seçici səsvermə hüququna malik olacaq.

    Belə ki, 28 mayda - ikinci tur seçkilərin keçiriləcəyi gündə onların 18 yaşı tamam olacaq.