Səhər saatlarından ölkənin bəzi yerlərində yağış yağır
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib YENİLƏNİB
12:28
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində martın 25-i axşam və 27-də arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.
***
11:54
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin səhər saatlarından bəzi yerlərdə yağış yağır.
Düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Naxçıvan, Şahbuz, Culfa, Şəki, Naftalan, Goranboy, Mingəçevir, Ağdam, Tərtər, Yevlax, Yardımlı, Lerikdə 1 mm-dək olub.
Bakıda və Abşeron yarımadası, Gəncə, Naftalan, Xaltan, Lerik, Astarada duman müşahidə olunur, görünüş 200-500 metrədək məhdudlaşır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan MR-da 17, Aran rayonlarında 23, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti qeydə alınıb.
1 dəqiqə