Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn olundu
Məhəmməd Qarayev evin tək oğlu olub
Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu Qəbələ şəhərinin sakini idi.
Şəhidimizin nəşi doğulduğu Qəbələ rayonuna gətirilib və ailəsinə təhvil verilib.
Ailəsinin yaşadığı evdə keçirilən mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri və rayon sakinləri iştirak edirlər.
Mərasimdən sonra şəhidin cənazəsi şəhər qəbiristanlığında torpağa tapşırılıb.
2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu olub.