Şəhidlər xiyabanından FOTOREPORTAJ
Bu gün yüz minlərlə insan şəhidlərin xatirəsini anmaq üçün buraya üz tutub
Bu gün səhərdən axşamadək Şəhidlər xiyabanında böyük izdiham yaşanıb. Yüz minlərlə insan şəhidlərin nurlu xatirəsini anmaq üçün buraya üz tutub.
20 Yanvar tariximizin şəhid qanları ilə yazılmış şanlı səhifəsidir. Biz bugünkü müasir Azərbaycana, müstəqilliyimizə görə şəhidlərimizə borcluyuq. Onlar canlarını bu yolda qurban verdilər, qəhrəmanlıq dastanı yazdılar. Xalqın birliyi, yenilməz iradəsi imperiyanın top-tüfənginə qalib gəldi.
Qanlı Yanvardan 34 il ötsə də, xalqımız həmin günü unutmur, müstəqillik yolunda ilk cığır açmış igid oğulları ilə fəxr edir, onların xatirəsini daim əziz tutur.
20 Yanvar hüznlə qürurun bir arada yaşandığı gündür. Şəhid məzarları önündən keçən insanların simasından kədərlə yanaşı, iftixar hissləri oxunur.
Bu müqəddəs məkanı ziyarət edənlər arasında hər yaşda olan insanları - Vətən müharibəsi iştirakçılarını, qaziləri, hərbçiləri, dövlət təşkilatlarının nümayəndələrini, veteranları, gəncləri, məktəbliləri görmək olar. Ata-analar uşaqlarını, nənə-babalar nəvələrini özləri ilə gətirmişdilər.
Şəhidlərin ziyarətinə yalnız paytaxtımızın sakinləri deyil, şəhərimizin qonaqları da gəlmişdilər.
Bu fotolarda yanvarın 20-də yaşanan duyğusal anlar, qürurverici mənzərələr əksini tapıb.
Şəhidlər xiyabanından fotoreportaj: