XƏBƏRLƏR / Sağlamlıq

Şəmkirdə qızılcadan ölən uşaqla bağlı rəsmi məlumat

TƏBİB-in məlumatı

Şəmkirdə qızılcadan ölən uşaqla bağlı rəsmi məlumat
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Serebral iflic xəstəliyindən əziyyət çəkən 16.05.2019-cu il təvəllüdlü uşaq 14.12.2023-cü il tarixdə səhhətində yaranan problemlərlə bağlı valideynləri tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müayinəyə gətirilib.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Qeyd edilib ki, həkim müayinəsi zamanı xəstədə qızılca virusu aşkar edilib və stasionar müalicəyə ehtiyac olduğu bildirilib:

    "Uşağın valideynləri stasionar müalicədən imtina ediblər. Daha sonra uşaq valideynləri tərəfindən 14.12.2023-cü il tarixində saat 15:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilərkən xəstəxanayaqədər ölüm qeydə alınıb".

    ***

    09:34

    Şəmkirdə 4 yaşlı oğlan uşaq qızılca xəstəliyindən ölüb.

    2019-cu il təvəllüdlü Şəmkir rayon sakini H. Allahyarov qızılca xəstəliyindən ağırlaşaraq Gəncə şəhərinə gətirilən zaman yolda ölüb.

    Fakla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır