BLOQ

SEPAH Pezeşkianı Azərbaycana görə tənqid atəşinə tutdu

Prezidentə qarşı qərəzli tənqidi məqalə SEPAH-a məxsus “İslam Respublikası” qəzetində çıxıb

SEPAH Pezeşkianı Azərbaycana görə tənqid atəşinə tutdu
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Qonşu İranda iqtisadi-sosial vəziyyət pisləşdikcə daxili siyasi mübarizə qet-qedə qızışmaqdadır. Əsas mübarizə xalq tərəfindən seçılmiş leqitim hakimiyyətlə müəyyən hakiyyət rıçaqlarını özbaşına ələ keçirən SEPAH ünsürləri ilə gedir.

    12 günlük müharibədə yalançı nüfuzunu və bütün rəhbər şəxslərini itirən SEPAH özünü xilas etmək və ələ keçirdiyi hakimiyyət rıçaqlarını itirməmək üçün Prezident Pezeşkiana qarşı hücuma keçib.

    Buna görə də SEPAH və mühafizəkar mollaların ruporu olan media Pezeşkianın Azərbaycana yönəlik siyasətini tənqid edir.

    Daim İran Prezidenti və hökumət rəsmilərinə od püskürən “İslam Respublikası” qəzeti bu dəfə qərəzli olaraq, ölkə prezidenti Məsud Pezeşkianın Azərbaycana qarşı nümayiş etdirdiyi "həddindən artıq xoşməramlılıq" siyasətinə və son açıqlamalarına tənqid dolu fikirlər ifadə edib.

    Qəzet yazır ki, 46 illik İslam Respublikasının idarəçiliyi “müsbət mənəfi keyfiyyətlərə sahib olmağın və təvəzökarlığın bir prezident üçün vacib olduğunu göstərsə də”, bu xüsusiyyətlər kifayət etmir. 

    Nəşrin fikrincə, Pezeşkianın Azərbaycanın Prezidentinə və hökumətinə göstərdiyi "həddindən artıq xoşniyyətli münasibət" həm milli maraqlarla, həm də regional balanslarla uzlaşmır. 

    “Azərbaycan hökumətinin “sionist rejimlə” əməkdaşlığı hər kəsə bəllidir. Belə bir dövlətə qarşı bu qədər açıq xoşməramlılıq nümayiş etdirmək strateji təhlükədir”, - deyə, qəzet iddia edib. 

    Məqalədə hazırda İran hökumətinin çevrəsində fürsətçilik əlamətləri müşahidə olunur və bunun da cəmiyyətlə hakimiyyət arasındakı körpünü zəiflədə biləcəyi vurğulanıb. Azərbaycanla münasibətlərdə nümayiş etdirilən “lazımsız və həddindən artıq pozitiv ton” da bu narahatlıqların bir hissəsi kimi təqdim olunur.

    Qəzet yazır ki, “prezidentin sadəcə saflığı və xoş niyyəti ilə deyil, eyni zamanda geosiyasi reallıqları nəzərə alaraq ehtiyatlı qərarlar verməsi” gözlənilir.