XƏBƏRLƏR / Münaqişə

SEPAH yenə Hörmüz boğazını bağladığını bəyan edir

Bu açıqlamanı SEPAH komandanının müşaviri general-mayor İbrahim Cabari verib

SEPAH yenə Hörmüz boğazını bağladığını bəyan edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan hər hansı bir tankeri vuracaq.

    Bu açıqlamanı SEPAH komandanının müşaviri general-mayor İbrahim Cabari verib.

    "Hörmüz boğazından keçməyə çalışan hər bir gəmini yandıracağıq. Bir damla neftin belə bölgədən çıxmasına icazə verməyəcəyik", - o deyib.

    Qeyd edək ki, Hörmüz boğazından dünya neftinin təxminən 20%-i keçir.