Separatçı xunta Xankəndidə rəy sorğularını da qadağan etdi
Bu barədə oyuncaq "qozministr" elan edib
Oyuncaq "Artsax"ın üzdəniraq "qozministiri" Nersesyan elan edib ki, bu gündən ərazidə yaşayan ermənilər arasında rəy sorğuları keçirmək qadağan edilir. Hakimiyyəti zəbt etmiş bir ovuc separatçı RSK-ya güvənərək, sakinlərə əməlli-başlı zülm etməsi bir yana, indi də onların sərbəst düşünməsi və seçiminə də məhəl qoymayaraq Azərbaycana inteqrasiya proseslərini qeyri-mümkün etməyə cəhd göstərir. Eyni zamanda bu qadağa onu göstərir ki, Qarabağın erməni sakinlərinin bir hissəsinin separatçılarla ciddi fikir ayrılığı var və onlar Azərbaycan vətəndaşı olmağı heç də qeyri-mümkün hesab etmirlər.
Belə davam etsə, deyəsən, Azərbaycan Ordusu zülm altında yaşayan ermənilərin canını hakimiyyəti zəbt etmiş ünsürlərdən xilas etməli olacaq.