Separatçıların istefaları davam edir
Oyuncaq "qozministirin" arxasınca onun "müşaviri" də getdi
Separatçıların başçısı istefa verəcəyi haqda bəyan edəndən sonra "qozministir" Qurqen Nersesyanı "vəzifəsindən" azad etdi. Onun dalıınca "qozministir"in "müşaviri" Artak Beqlaryan öz xahişi ilə "vəzifəsindən" azad edilib.
Artıq 3 oyuncaq "məmur" Prezident İlham Əliyevin tələbini yerinə yetirib, uydurulmuş vəzifələrindən gedərək, amnistiyaya ümid edə bilərlər.