Səudiyyə Ərəbistanı Azərbaycanda qurbanlıq əti paylayır FOTO
Bu barədə məlumatı Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh Əl-Cüteyli verib
Səudiyyə Ərəbistanı 7000 ailə üçün Azərbaycana 46,5 ton qurbanlıq ət göndərib.
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh Əl-Cüteylinin sözlərinə görə, Səudiyyə Ərəbistanı Krallığı qurbanlıq ət paylama proqramı çərçivəsində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5000 qurbanlıq heyvan cəmdəyi (46,5 ton) bağışlayıb.

Onun sözlərinə görə, sosial yardımın göstərilməsinə cavabdeh olan nazirlikdə ən çox ehtiyacı olan vətəndaşların siyahıları var ki, bu da yardımın ünvanlı şəkildə paylanmasına imkan verəcək. Yardımın 7000 ailəyə çatacağı gözlənilir.
"Bu təşəbbüs Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan da daxil olmaqla bütün İslam ölkələri arasında sıx sosial əlaqələri bir daha təsdiqləyir və bütün dünyada İslam qardaşlığı hissini gücləndirir", - deyə səfir bildirib.
1 dəqiqədən az