Səudiyyə Ərəbistanı Şuşaya sərmayə qoyacaq
Şuşada Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının ikinci iclası keçirilib
Şuşada Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının ikinci iclası keçirilib.
“Tədbir Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOBİA və Səudiyyə Ərəbistanı Palatalar Federasiyası tərəfindən təşkil olunub”, - deyə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
Görüşdə biznes əlaqələrinin genişləndirilməsi məsələləri və Qarabağda investisiya imkanları müzakirə olunub.