Sevgi harmoniyasının məkanı

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Flarmoniyası.

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu veriliş ANS televiziyasında 25.12.2015 -ci ildə çəkilib və yayımlanıb. 20-ci illərdə musiqi həvəskarları, müxtəlif orkestr və ansambllar toplaşmağa başladı. 25 may 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyası yaradıldı. 1936–1937-ci illərdə binada bərpa işləri görülmüşdür. 1937-ci il avqust ayının 11-də isə, Əməkdar İncəsənət xadimi Müslüm Maqomayevin adını əbədiləşdirməkdən ötru Azərbaycan Dövlət Filarmoniyasına bəstəkarın adı verilmişdir. Azərbaycan Respublikasının qurulmasından sonra 1996–2004-cü illərdə Filarmoniya binasında əsaslı bərpa və yenidənqurma işləri aparılmışdır. 27 yanvar 2004-cü ildə Filarmoniya binasının təntənəli açılış mərasimi baş tutmuşdur. Açılışda prezident İlham Əliyev, Mədəniyyət naziri Polad Bülbüloğlu, tanınmış violonçel ifaçısı Mstislav Rostropoviç, professor Fərhad Bədəlbəyli iştirak etmişdilər. 

    #dövlət flarmoniyası.