XƏBƏRLƏR / Hərbi

Seyfəlidə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Müdafiə Nazirliyinin məlumatı

Seyfəlidə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.

    Müdafiə Nazirliyindən bildirilib ki, döyüş sursatlarının məhv edilməsi prosesi 14.10.2024-cü il tarixində 18.10.2024-cü il tarixədək Seyfəli poliqonunda (Gəncə yaxınlığında) həyata keçiriləcək.

    Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.