XƏBƏRLƏR / Hadisə

Şabranda qatar evakuatorla toqquşub

Sürücü ağır yaralanıb

Şabranda qatar evakuatorla toqquşub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şabranda qatarın evakuatorla toqquşması nəticəsində sürücü yaralanıb. Sürücünün vəziyyəti ağır olduğundan Bakıya aparılıb.

    Hadisə Şabran rayonunun Uzunboyad kəndində Sarvan dəmiryol stansiyası ərazisində baş verib.

    Qatar dəmiryol keçidində üzərində yük maşınını daşıyan evakuatorla toqquşub. Avtomobilin sürücüsü Kəlbəcər rayon sakini, 1978-ci təvəllüdlü Əzizov Zülfüqar Qafar oğlu ağır yaralanıb. Yaralı əvvəlcə Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra müalicəsinin davam etdirilməsi üçün paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.