XƏBƏRLƏR / İdman

Şahmatçımız dünya çempionatında bürünc medal qazandı

Ayan Allahverdiyeva Hindistanda şahmat üzrə gənclər arasında dünya çempionatında iştirak edib

Şahmatçımız dünya çempionatında bürünc medal qazandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva Hindistanın Qandinaqar şəhərində təşkil edilən şahmat üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

    Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, təmsilçimiz 11 turda 8,5 xal toplayaraq üçüncü yeri tutub.

    Digər şahmatçılarımızdan Nərmin Abdinova və Səbinə Rzalı mükafatçılar sırasına düşə bilməyiblər.

    Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparıb. A.Allahevrdiyeva ötən il 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatının qızıl medalını qazanıb.