XƏBƏRLƏR / Mədəniyyət

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağırdır

YENİLƏNİB

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağırdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 11:38

    Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb.

    Mərkəzi Klinikadan verilən məlumata görə, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır.

    Bildirilib ki, Nəriman Həsənzadənin kompleks müalicəsi davam edir.

    Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya yerləşdirilib.

    ***

    27 iyun 2026-cı il

    16:07

    Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır.

    Bu barədə şairin yerləşdirildiyi Mərkəzi Klinik Xəstəxanasından bildirilib.

    Xatırladaq ki, 95 yaşlı Nəriman Həsənzadə iyunun 26-da xəstəxanaya yerləşdirilib. Onun müalicəsi reanimasiyada davam etdilir.