XƏBƏRLƏR / İctimaiyyət

Şəkidə I Qarabağ müharibəsinin şəhidi dəfn olunur

Səbuhi Yamən oğlu Süleymanov 1992-ci ilin noyabr-dekabr aylarında Ağdərə rayonu ərazisində itkin düşüb

Şəkidə I Qarabağ müharibəsinin şəhidi dəfn olunur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tərtər rayonunun Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səbuhi Yamən oğlu Süleymanovun meyitinin qalıqları Şəki rayonuna gətirilib.

    Şəhidin nəşi rayonun Cəfərabad kəndində ailəsinə təhvil verilib.

    Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

    S.Süleymanov Cəfərabad kənd qəbiristanlığında dəfn olunacaq.

    Qeyd edək ki, Süleymanov Səbuhi Yamən oğlu 1972-ci ildə Şəki rayonunun Cəfərabad kəndində anadan olub. O, 1992-ci ilin noyabr-dekabr aylarında Ağdərə rayonu ərazisində itkin düşüb.