“Şərqin nəğməkar qızı” FOTO
Şəkinin Çingiz Klubunda görkəmli Azərbaycan bəstəkarı Şəfiqə Axundova barədə sənədli-bədii filmin premyerası olub
Bu gün — 4 avqust 2024-cü il tarixdə Şəkinin Çingiz Mustafayev Klubunda görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti Şəfiqə Axundovanın (1924–2013) 100 illiyi münasibətilə Xatirə Əkbərovanın çəkdiyi “Şərqin nəğməkar qızı” adlı sənədli-bədii filmin premyerası oldu.
Təqdimatda Azərbaycan Respublikasının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun Güney Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, şair və publisist Qiymət Məhərrəmli, ANS Şirkətlər Qrupunun prezidenti, kinorejissor, Vahid Mustafayev, M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru Ağaəli Cəlilov və digər hörmətli şəxslər, mədəniyyət və incəsənət, elm və təhsil xadimləri, media təmsilçiləri, 100 nəfərdən çox şəxs iştirak edirdi.