"Şərqin nəğməkar qızı" REPORTAJ
"Kanal S" Çingiz klubundakı tədbidən reportaj hazırlayıb
Şəkinin Çingiz Mustafayev Klubunda görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti Şəfiqə Axundovanın (1924–2013) 100 illiyi münasibətilə Xatirə Əkbərovanın çəkdiyi “Şərqin nəğməkar qızı” adlı sənədli-bədii filmin premyerası olub.
Təqdimatda Azərbaycan Respublikasının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun Güney Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, şair və publisist Qiymət Məhərrəmli, ANS Şirkətlər Qrupunun prezidenti, kinorejissor, Vahid Mustafayev, M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru Ağaəli Cəlilov və digər hörmətli şəxslər, mədəniyyət və incəsənət, elm və təhsil xadimləri, media təmsilçiləri, 100 nəfərdən çox şəxs iştirak edib.